İsrail qüvvələri 1 fələstinlini öldürdübackend

İsrail qüvvələri 1 fələstinlini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində “bıçaqlı hücuma cəhd” iddiası ilə bir fələstinlini öldürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama verib.

Açıqlamada İordan çayının qərb sahilindəki Cenin şəhəri yaxınlığında İsrail qüvvələrinin açdığı atəş nəticəsində Əhməd Məhəmməd Atatiranın şəhid olduğu bildirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, elektrik velosipedi ilə Tura qəsəbəsi yaxınlığındakı Ər-Reyhan hərbi keçid məntəqəsindən keçən Atatira İsrail əsgərlərinin açdığı atəş nəticəsində ağır yaralanıb.

Şahidlər İsrail qüvvələrinin fələstinlilərə ilkin tibbi yardım göstərmək üçün müdaxiləyə icazə vermədiyini bildirib.

NOCOMMENT.AZ