İsrail qüvvələri 12 fələstinlini yaraladıbackend

İsrail qüvvələri 12 fələstinlini yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində bir həftə ərzində ikinci dəfə basqın keçirən İsrail qüvvələri 12 fələstinlini gerçək güllələrlə yaralayıb.

NOCOMMENT xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, təhlükəsizlik qüvvələrinin Nablus şəhərinin İçəri Şəhər bölgəsinə basqın etdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində sinəsindən yaralanan 14 yaşlı fələstinli şəhərdəki xəstəxanaya aparılıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail əsgərlərinin açdığı atəş nəticəsində 12 fələstinlinin yaralandığı qeyd edilib. Açıqlamada 3 fələstinlinin rezin üzlüklü güllələrdən yaralandığı, 100-dən çox insanın isə gözyaşardıcı qazdan zərər çəkdiyi bildirilib. İsrail mediası ordu mənbələrindən bildiriblər ki, əsgərlər həbs orderi ilə Nablusda insanları saxlayıblar.

Fələstin mənbələri şəhərdə atışmalardan başqa partlayış səslərinin də eşidildiyini bildirib. İsrail ordusunun mayın 4-də Nablusda keçirdiyi basqında 3 fələstinli şəhid olub, çoxlu sayda yaralı var. Beynəlxalq insan haqları təşkilatları İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinə basqınları və orada istifadə etdiyi qeyri-mütənasib güc nəticəsində fələstinlilərin itkilərinin artdığı barədə xəbərdarlıq etmişdi. BMT Fələstində qeydlər aparmağa başladığı 2005-ci ildən bəri 2022-ci ili ən qanlı il elan edib.

İsrail qüvvələrinin və ya yəhudi köçkünlərin hücumları nəticəsində ilin əvvəlindən həyatını itirən fələstinlilərin sayı 110-u keçib.