İsrail qüvvələri 3 fələstinlini yaralayıbbackend

İsrail qüvvələri 3 fələstinlini yaralayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi basqında 3 fələstinli yaralanıb, 35 nəfər isə qazdan zərər çəkib.

NOCOMMENT xəbər verir ki, şahidlərdən alınan məlumata görə, çoxlu sayda İsrail əsgəri İordan çayının qərb sahilinin şimalında Nablusda bəzi evlərə basqın edərək axtarış aparıb.

Daha sonra basqınlara reaksiya verən fələstinlilərlə əsgərlər arasında qarşıdurma yaranıb. İsrail qüvvələri fələstinlilərə gözyaşardıcı qaz, həmçinin həqiqi və rezin güllələrdən istifadə edərək müdaxilə edib. Fələstinlilər yolları bağlayıb, əsgərlərə daş və molotof kokteyli atıblar.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamaya görə, 1 nəfər real, 2 nəfər rezin güllə, 35 nəfər isə gözyaşardıcı qazdan zərər çəkib. İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür.

İsrail ordusunun basqınına reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında vaxtaşırı insidentlər yaşanır.