İsrail qüvvələri 32 fələstinlini SAXLADIbackend

İsrail qüvvələri 32 fələstinlini SAXLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçmiş məhbuslar da daxil olmaqla 32 fələstinlini nəzarətə götürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi mövzu ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada qeyd olunub ki, bu ilin əvvəlindən həbs olunan fələstinlilərin sayı azadlığa buraxılanlar da daxil olmaqla 5 mini keçib.

Xatırladaq ki, işğal altındakı İordan çayının qərb sahili İsrail ordusunun basqınları və yəhudi məskunlaşanların hücumları və hüquqlarının pozulması səbəbindən aylardır ciddi gərginliyə səhnə olub.

İsrail qüvvələri adətən gecə saatlarında fələstinlilərə qarşı həbs əməliyyatları həyata keçirir.

Qeyd edək ki, həbs edilən fələstinlilər əvvəlcə yaşayış məntəqələrində yerləşən müvəqqəti saxlama mərkəzlərinə aparılır. Sonra onları istintaq mərkəzlərinə və ya həbsxanalara göndərirlər. Bəziləri də sərbəst buraxılır.