İsrail qüvvələri 6 fələstinlini yaraladıbackend

İsrail qüvvələri 6 fələstinlini yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında qeyri-qanuni yəhudi məskunlaşmalarına etiraz olaraq keçirilən nümayişlərə müdaxilə edərkən 6 fələstinlini rezin örtüklü metal güllələrlə yaralayıb.

NOCOMMENT.az xəbər verir ki, İsrailin Fələstin ərazilərində qanunsuz məskunlaşmalara qarşı nümayişlər bu gün də davam edib.

Nümayişçilər avtomobil təkərlərini yandıraraq İsrailin fələstinlilərə qarşı törətdiyi qanun pozuntularına qarşı etiraz ediblər.

Məlumata görə nümayişlərə müdaxilə edən İsrail qüvvələri rezin üzlüklü metal güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Fələstin Qızıl Aypara Cəmiyyəti də gözyaşardıcı qazdan təsirlənən və boğulma təhlükəsi ilə üzləşən çox sayda insana hadisə yerində müdaxilə etdiklərini açıqlayıb.

NOCOMMENT.AZ