İsrail qüvvələri cümə namazına gələnlərə hücum etdibackend

İsrail qüvvələri cümə namazına gələnlərə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail polisi bir nəfərə hücum edib və xaos yaşanıb.

İsrail qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində bir nəfərin ayağı sınıb. Bildirilib ki, xəsarət alanlar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bir nəfərin başından xəsarət aldığı görünür.

Digər tərəfdən Fələstin mediası hadisələrdə İsrail polisinin 1 nəfəri saxladığını açıqlayıb.