İsrail qüvvələri Əl-Əqsa məscidinin girişində fələstinlini qətlə yetirdibackend

İsrail qüvvələri Əl-Əqsa məscidinin girişində fələstinlini qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinin girişində atəş açaraq bir fələstinlini qətlə yetirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail polisindən verilən yazılı açıqlamada, Şərqi Qüdsün Köhnə Şəhərində Məscidül-Əqsaya açılan Silsilə Qapısında şəxsiyyət yoxlaması aparan bir fələstinlinin İsrail polislərindən birinin silahını almağa cəhd etdiyi iddia edilib.

Açıqlamada İsrail polisinin müdaxilə etdiyi və fələstinlini atəş açaraq öldürdüyü qeyd edilib.

Öldürülən şəxsin İsrailin cənubundakı Nəcəf səhrası bölgəsindəki Hura qəsəbəsindən olan 26 yaşlı gənc olduğu bildirilib.

İsrail qüvvələrinə zərər görmədiyi bildirilən açıqlamada bölgəyə əlavə polis qüvvəsinin göndərildiyi qeyd edilib.

Digər tərəfdən, İsrail qüvvələri Məscidül-Əqsanın girişlərindən Kattanin qapısında fələstinlilərə hücum edib.

Şahidlərin sözlərinə görə, İsrail polisi dəyənəklərlə Kattanin qapısında fələstinlilərə zərbə endirdikdən sonra qəhvəxanalara ziyan vurub.

NOCOMMENT.AZ