İsrail qüvvələrinin Nablusda nümayişi dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölübbackend

İsrail qüvvələrinin Nablusda nümayişi dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında keçirilən nümayişi dağıtması nəticəsində xəsarət alan 26 yaşlı türk əsilli ABŞ vətəndaşı ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Nablusda yerləşən Rafidiya xəstəxanasının direktoru Fuad Nafianın sözlərinə görə, başından yaralanmış qadın tibb müəssisəsinə aparılıb və bir müddət sonra reanimasiyada dünyasını dəyişib.

WAFA-nın məlumatına görə, o, İsrail hökumətinin İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək siyasətinə qarşı keçirilən etiraz aksiyasında iştirak edirdi.