İşğal altındakı İordan çayının qərb sahilində ağır yaralanan 2 yaşlı fələstinli Məhəmməd ət-Təmimini sağlamlıq qruplarının müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
NOCOMMENT.az xəbər verir ki, İordan çayının qərb sahilinin Ramallah şəhərinin Nebi Salih qəsəbəsində 1 iyun Cümə axşamı günü 2,5 yaşlı körpə Məhəmməd atası ilə birlikdə İsrail qüvvələrinin gülləsinə tuş gəlib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə olunmaq üçün İsrailin Şeba Tel HaŞomer xəstəxanasına aparılan körpənin cənazəsinin Ramallahdakı Fələstin Tibb Kompleksinə təhvil veriləcəyi bildirilib.
Qeyd edək ki, İsrail əsgərləri iyunun 1-də İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi Neve Tzuf qəsəbəsinə atəş açan fələstinlilərin tapılması səbəbi ilə yaxınlıqdakı Nebi Salih qəsəbəsinə basqın edib, qəsəbənin giriş-çıxışlarını bağlamışdı.
NOCOMMENT.AZ