İsrail raket atəşinə tutuldu – Yaralılar varbackend

İsrail raket atəşinə tutuldu – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ərazisinin şimalı raket atəşinə tutulub.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, raket Livan ərazisindən atılıb.

Mətbuatda iki nəfərin yaralandığı barədə məlumat yayılıb. İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə operativ iclas keçirib. İsrail mediasında ölkənin silahlı qüvvələrinin Livan ərazisinə cavab atəşi açması ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Livanda fəaliyyət göstərən İran meyilli Hizbullah hərəkatı tez-tez İsrailin şimalını atəşə tutur.