İsrail Rəfaha daxil oldu – Keçid məntəqəsi ələ keçirildibackend

İsrail Rəfaha daxil oldu – Keçid məntəqəsi ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı bildirilib.

Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır.

Bundan başqa, HƏMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində vurulduğu qeyd edilib.