İsrail SEPAH-ın terror təşkilatı kimi tanınmasını tələb edirbackend

İsrail SEPAH-ın terror təşkilatı kimi tanınmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə cümə günü İranda keçirilən prezident seçkiləri fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) terror təşkilatları siyahısına salınması çağırışı olub.

NOCOMMENT.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu tələbi İsrailin xarici işlər naziri İsrael Katz irəli sürüb.

“İran xalqı seçkilərdə açıq şəkildə bildirdi ki, onlar dəyişiklik və Ayətullah rejiminə müxalifət tələb edirlər. İndi dünya İİKK-nı terror təşkilatı kimi tanımalı və nüvə proqramının ləğvini tələb etməlidir”, – deyə o vurğulayıb.