İsrail Şərqi Qüdsdə fələstinlilərə məxsus 50 binanı dağıtdıbackend

İsrail Şərqi Qüdsdə fələstinlilərə məxsus 50 binanı dağıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə 50 fələstinlinin yaşadığı binanı “sənədsiz” olduğu səbəbilə söküb.

NOCOMMENT.az xəbər verir ki, Şərqi Qüdsün Silvan qəsəbəsinə gələn İsrail qüvvələri 7 mənzilli mənzili buldozerlərlə dağıdıb.

Mənzilin sakinlərindən Ummu Adem əl-Hüseyni İsrailin 2009-cu ildə mənzilin bir hissəsini, bu dəfə bütün binanı sökdüyünü bildirib.

Hüseyni 6 mənzildə evli oğullarının qaldığını, binada isə 50 nəfərin yaşadığını qeyd edib.

Binada çoxlu xatirələrinin olduğunu bildirən Hüseyni xəbərdarlıq etmədən dağıdılan binadakı evlərdən mebelləri çıxara bilmədiklərini bildirib.

NOCOMMENT.AZ