İsrail: Səudiyyə Ərəbistanı ilə normallaşma mümkün ola bilərbackend

İsrail: Səudiyyə Ərəbistanı ilə normallaşma mümkün ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ər-Riyadla davam edən prosesi qiymətləndirən İsrail xarici işlər naziri Koen gələn ilin ilk rübünə işarə edərək “Vaxt aparacaq, amma irəliləyiş var” ifadəsini işlədib

NOCOMMENT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər gün normallaşmaya yaxınlaşdıqlarını bildirib. “Davam edən yaxşı danışıqlarımız var. Nəticənin hara gedəcəyini görəcəyik”

Səudiyyə vəliəhdinin açıqlamalarından sonra bütün gözlər İsrailə çevrilib. İsrailin xarici işlər naziri Eli Koen qatıldığı radio proqramında nikbin təəssürat bağışlayıb. Koen bəyan edib ki, razılaşma gələn ilin əvvəlində əldə edilə bilər. “Boşluqları aradan qaldırmaq olar. Bu, vaxt aparacaq, amma irəliləyiş var. Düşünürəm ki, 2024-cü ilin birinci rübündə, dörd-beş ay sonra detalların yekunlaşacağı nöqtəyə çatmaq ehtimalımız var.

Vəliəhd Salman Fələstin məsələsinin çox önəmli olduğunu bildirib. “Biz o hissəni həll etməliyik” deyə qeyd edib.

Məhəmməd bin Salman İranın nüvə silahı əldə etmə ehtimalı ilə bağlı narahatlığını da dilə gətirib. Digər tərəfdən İranın nüvə bombasına sahib olsaydı nə baş verəcəyi barədə suala Selman “Təhlükəsizlik səbəbləri və Yaxın Şərqdəki güc balansı üçün biz də buna sahib olmalıyıq, lakin biz bunu istəmirik” şəklində cavab verib