İsrail Səudiyyə Ərəbistanı ilə normallaşmanın “an məsələsi” olduğunu iddia etdibackend

İsrail Səudiyyə Ərəbistanı ilə normallaşmanın “an məsələsi” olduğunu iddia etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Koen Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurulması ilə bağlı razılığın əldə edilməsinin “an məsələsi” olduğunu deyib.

NOCOMMENT.az xəbər verir ki, nazir münasibətlərin normallaşmasının “yaxın olduğunu” və bunun “zaman məsələsi” olduğunu iddia edib.

“Müqavilənin ABŞ-ın da maraqlarına cavab verdiyini” deyən Koen “Bayden administrasiyası 2024-cü il prezident seçkiləri ərəfəsində siyasi uğur qazanmaq istəyir” deyə açıqlama verib.

“Amerikalılar iqtisadiyyatla da maraqlanırlar və ABŞ və Səudiyyə Ərəbistanı arasında razılaşma enerji xərclərini azalda bilər. Səudiyyəlilər də İrana qarşı müdafiə axtarırlar” deyə israilli nazir qeyd edib.

NOCOMMENT.AZ