İsrail Suriyada İrana məxsus raket istehsalı kompleksə hücum edib.
NOCOMMENT.az xəbər verir ki, bunu haqda məlumatı İsrailin 13-cü kanalı yayıb.
Məlumatda bildirilir ki, İsrail ordusu Suriyanın Misyaf bölgəsindəki hərbi elmi araşdırma mərkəzində sentyabr ayında keçirilən gizli əməliyyatın məsuliyyətini öz üzərinə götürüb.
Bu əməliyyatın məqsədi İran qüvvələrinin Hizbullah üçün dəqiq raketlər hazırladığı yeraltı obyektləri məhv etmək olub.\\Musavat.com