İsrail Müdafiə Qüvvələri Suriyanın sərhəd bölgələrini qapalı hərbi zona elan edir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır.
Qüds Suriya prezidenti Bəşər Əsədin qaçmasından sonra Suriyanın İsraillə həmsərhəd şəhərlərində rejimin sərtləşdirilməsini elan etmək niyyətindədir. Xüsusilə, dörd kənddə məktəbdə dərslər ləğv ediləcək. Qeyd olunur ki, İsrail mülki əhalinin, o cümlədən fermerlərin ölkəyə girişinin qarşısını almaq üçün Suriya ərazilərində nəzarət-buraxılış məntəqələri yerləşdirəcək.
Xatırladaq ki, qəzet bundan əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus tankların Colan təpələrində sərhədi keçərək Suriyanın bufer zonasına daxil olduğunu yazıb.