İsrail təcrübəsini əsas götürməliyik – Ermənilərlə savaş bitmək bilmirbackend

İsrail təcrübəsini əsas götürməliyik – Ermənilərlə savaş bitmək bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev “Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranması mümkün olmayacaq” bəyanatı və vədinin arxasında durmağı bacardı”.

NOCOMMENT.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi, yalnız Qarabağ bölgəsində deyil, bütün Cənubi Qafqazda status-kvonu dəyişdi:
“Cənubi-Qafqazla bağlı bütün beynəlxalq yanaşma və qüvvələr nisbəti dəyişdi. Regionumuzun gesosiyasi xəritəsi dəyişdi, Türkiyənin mövqeyini bölgəmizdə möhkəmləndirdik. XX əsrin əvvəlində qardaş Türkiyənin yardımı ilə Bakını azad etdik, əbədi paytaxtımız oldu, XXI əsrin ikinci onilliyinin başlanğıcında isə Şuşanı, Hadrutu, 7 rayonumuzu azad etdik, Naxçıvana quru yolu açdıq, Ermənistanı darmadağın etdik. Ermənistanın 100 illik “Böyük Ermənistan” xəyalını 44 günə puç etdik. Siyasət mümkün olanı etmək sənətidir, səbri, inadı, inamı sevər.

2016-cı ilin aprelində Lələtəpə və Cocuq Mərcanlı azad oldu, 4 il sonra artıq bütün Qarabağ yüksəkliklərində Azərbaycan bayrağı dalğalanır. Şübhəsiz ki, siyasət imkanlar, fürsətlər, onlardan istifadə etmək sənətidir. Azərbaycan Prezident İlham Əliyev bu mənada mümkün olanın maksimumuna nail oldu. Azərbaycan Ordusunun cəsurluğu, məharəti geosiyasi şərtləri Azərbaycan üçün daha məqbul etdi, diplomatiyamızın mövqeyi gücləndi. Ermənistan həm döyüşdə, həm də masada məğlub oldu”.

Zaur İbrahimli qeyd edib ki, noyabrın 10-da qəbul edilən anlaşma Ermənistanın kapitulyasiyasıydı, eyni zamanda əsas vasitəçi və regionda xüsusi təsir imkanları olan Rusiyanın maraqlarını da ifadə edir:

“Ciddi analitiklərə bəri başdan aydın idi ki, ruslar istənilən sövdləşmənin əsas iştirakçısı və payçısı olacaqlar. Sadəcə, bunun parametrlərini xeyli dərəcədə Azərbaycanın hərbi uğurları müəyyənləşdirdi.
Rusların Qarabağ bölgəmizdə yerləşməsinin riskləri, təhdidləri də məlumdur. Bunu ciddi təhlilçiərin hər biri bilir və şübhəsiz ki, dövlət siyasətini müəyyənləşdirənlər də fərqindədir. Ermənilərin də üçəsrlik fitnə siyasətindən geri çəkilməyəcəyi bir həqiqətdir. Bunlar mövcud situasiyanın bəlli olan parametrləridir.

Şübhəsiz ki, pərdəarxasında qalan məqamlar və qlobal güclərin rəqabətinin də nəticələri özünü büruzə verir. Məhz bu qlobal müstəvidə rəqabət və Azərbaycanın son onillikdə düzgün seçimi bizi BMT səviyyəsində qorudu. Bu baxımdan, beynəlxalq mövqeyimiz etibarlıdır.

Qarabağla bağlı bir çox əhəmiyyətli suallar hələ ki, açıq qalır. Hələ ki, rəsmi Bakı bu məsələlərin publik müzakirəsinə maraq göstərmir. Bu da aydındır, bu sualları cəmiyyətə ekspertlər səsləndirir, bu da çox yaxşıdır. Bu suallar daim verilməlidir, qaldırılmalıdır, amma ittiham məqsədilə yox, maraqlarımızı mümkün olduğu qədər qorumaq niyyətilə. Rus jurnalistlərdən biri Moskvanın mövqeyini çox aydın ifadə edib: “Əgər Moskva bəyanatında Dağlıq Qarabağ bölgəsinin statusu, idarəetmə və s. ilə bağlı heç bir müddəalar yoxdursa, onda deməli köhnələr qüvvədə qala bilər”.

Moskvanın fəaliyyətinin konsepti budur. Amma bu Azərbaycan üçün də imkanlar açır, köhnə qaydalar yeni reallığa cavab vermir. Moskva bəyanatı yalnız çərçivə müəyyən edib, bu sənəd həmçinin Azərbaycanın köhnə qaydaları dəyişmək hüququnu da tanıyır”.

Ekspert qeyd edib ki, diplomatik səylər tam sürəti ilə davam edir:

“Hər halda son 27 ilin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev hər zaman “ikinci erməni dövlətinin Azərbaycan ərazində yaranması mümkün olmayacaq” bəyanatının və vədinin arxasında durmağı bacarır.

Məhz bu əminlik yaradır ki, milli maraqlarımızın qorunması üçün mümkün olan nə varsa ediləcək. Azərbaycan dövləti və cəmiyyəti üçün hazırda əsas prioritet milli məsələrdə birliyi qorumaq, sayıq olmaq, dövlətimizi gücləndirmək, daha yaxşı idarətmə sistemi, daha ədalətli bir sistem qurmaq, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza maksimum qayğı göstərmək, Ordumuzu gucləndirmək, modernləşdirmək, düşmənlərimizin kimliyini unutmamaqdır.

Hər birimiz başa düşməliyik müharibə bitməyib, ermənilərlə müharibə bitməyəcək. İsrail təcrübəsini əsas götürüb bu cür strategiya izləməliyik”.