İsrail terrorçuların gizlənməsinə imkan verməyəcəkbackend

İsrail terrorçuların gizlənməsinə imkan verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Dohaya endirdiyi zərbə 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında iştirak edən HƏMAS liderlərinə qarşı yönəlib.

NOCOMMENT.az xəbər verir ki, bunu X sosial şəbəkəsində İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon yazıb.

O, bunun nəinki qırğınlar planlaşdıran, həm də onların törədilməsini qeyd edən hərəkatın yüksək səviyyəli liderlərinə qarşı dəqiq zərbə olduğunu vurğulayıb.

“Terrorçuların gizlənəcək yerləri yoxdur və biz onları hər yerdə təqib etməyə davam edəcəyik”, – İsrail diplomatı yazıb.