İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşqin ətraf ərazilərinə silsilə zərbələr endirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.
Məlumata görə, Radioelektron Mübarizə idarəsi və Suriya Silahlı Qüvvələrinin helikopterlərinin yerləşdiyi hərbi aerodrom atəşə tutulub.
Qeyd olunur ki, hər iki obyekt Dəməşqin cənub-şərqindəki Əqraba bölgəsində yerləşir.
Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.