İsrail təyyarələri Qəzza zolağına hava zərbələri endiribbackend

İsrail təyyarələri Qəzza zolağına hava zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail döyüş təyyarələrinin Qəzzada Fələstin silahlı qruplaşmalarına məxsus hərbi bölgəyə hava hücumu təşkil etdiyi bildirilib.

NOCOMMENT-in əldə etdiyi məlumata görə, İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsində Fələstin silahlı qruplaşmalarına aid hərbi bölgəyə bir-birinin ardınca hücum edib.

Fələstin Səhiyyə Nazirliyi hücumda ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verməyib.

Hücum şiddətli partlayışlara və ətrafdakı evlərə ziyan vurub.