İsrail Türkiyəyə səyahətləri qadağan etdibackend

İsrail Türkiyəyə səyahətləri qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail Səhiyyə Nazirliyi ölkə hökumətinə ABŞ, Türkiyə, Belçika, Macarıstan, Almaniya, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəni israillilər üçün səyahətin qadağan edildiyi ölkələr siyahısına əlavə etməyi tövsiyə edib.
NOCOMMENT xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tövsiyyənin adıçəkilən ölkələrdə koronavirusa yoluxma riskinin yüksək olması ilə bağlı olduğu bildirilib.
Qeyd edək ki, dekabrın 15-də İsrail Səhiyyə Nazirliyi artıq 50 Afrika ölkəsi, həmçinin Böyük Britaniya və Danimarkanın yer aldığı “qırmızı siyahı”ya İrlandiya, İspaniya, Norveç, Finlandiya, Fransa, İsveç və Birləşmiş Ərəb Əmirliklərini də əlavə edib.