İsrailin Qəzzada uşaq xəstəxanasını hədəf alması nəticəsində xəstəxana xidmətdən çıxıb və bir uşaq oksigen çatışmazlığından dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, Qəzzadakı Nəsr Uşaq Xəstəxanasının direktoru Dr. Mustafa əl-Kəlhalut bu barədə açıqlama verib.
“Hücumlardan biri xəstəxananın qapısına, digəri isə birbaşa xəstəxanadakı şöbələrə edildi. Xəstəxanaya böyük ziyan dəydi və xəstələr oksigensiz qaldı. Oksigen problemi olan uşaq həyatını itirdi”.
Fələstinli həkim uşaqların qaldığı reanimasiya şöbəsindəki cihazların da elektrik enerjisinin kəsildiyini, xəstəxananın 8 xəstənin müalicə aldığı reanimasiya şöbəsindən başqa xidmət göstərə bilmədiyini qeyd edib.
Xəstəxanada vəziyyətin çox pis olduğunu vurğulayan Kalhalut heç kimin xəstəxanaya çata bilmədiyini və yoldakı təcili yardım maşınlarının da hədəfə alındığını qeyd edib.
Fələstinli həkim Qırmızı Xaç və beynəlxalq təşkilatları Nəsr Xəstəxanasının işçilərini və xəstələrini xilas etməyə çağırıb.