İsrail və Fələstin müharibəsində HƏLL YOLUbackend

İsrail və Fələstin müharibəsində HƏLL YOLU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail və Fələstin arasında sülh üçün iki dövlətli həll yolunu dəstəkləyirik”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel belə deyib.

O, Avropa İttifaqı və tərəfdaşları ilə birgə regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklərini sözlərinə əlavə edib:

“Qəzza bölgəsində təkcə İsrail xalqının deyil, həm də Fələstin xalqının, eləcə də regionun maraqlarına uyğun addımlar atılmalıdır. Düşünürük ki, Fələstin dövlətinin yaradılmasının iki dövlətli həlli bizi bu sonsuz zorakılıq dövründən, eləcə də sülh və təhlükəsizliyi təmin edən yola çıxaran yeganə yoldur. Biz bu məqsədə doğru, əlbəttə ki, Avropa İttifaqı və regiondakı digər tərəfdaşlarımızla sıx koordinasiyada işləməyə davam edəcəyik”.