İsrail və Fələstin qrupları arasında atəşkəsbackend

İsrail və Fələstin qrupları arasında atəşkəs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 9-dan Qəzza zolağına hava zərbələri endirən İsrail ilə Qəzzadakı fələstinli qruplar arasında atəşkəs əldə edildiyi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Fələstinli qruplara yaxın mənbələrdən alınan məlumata görə, Misirin Təl-Əviv və Fələstinli qruplar arasında bir neçə gündür davam etdirdiyi atəşkəs səyləri nəticə verib.

Misirin bölgədə atəşkəs üçün yeni təklif irəli sürdüyü və bunun Fələstin qrupları və İsrail tərəfindən qəbul edildiyi bildirilib.

Hücumların dayandırılmasını və mülki şəxslərin hədəfə alınmamasını ehtiva edən atəşkəsin yerli vaxtla saat 22:00-da qüvvəyə minəcəyi açıqlanıb.

Hələ ki, tərəflərdən rəsmi açıqlama verilməyib.

NOCOMMENT.AZ