Yəhya Sinvarın Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri təyin edilməsi Qəzza zolağında atəşkəslə bağlı İsraillə danışıqları çətinləşdirə bilər.
NOCOMMENT.az bildirir ki, bu barədə “ The Wall Street Journal” (WSJ) ərəb tərəfinin danışıqlarına istinadən yazır.
Nəşrin mənbələrinə görə, HƏMAS rəhbərliyi iki qrupa bölünüb: sərt və mötədillər.
Anonimlik şərti ilə danışıqlardan xəbəri olan insanlar nəşrə bildiriblər ki, “Sinvar İsraili güzəştə getməyə məcbur etmək cəhdi ilə maksimalist mövqelər tutmaq olan sərt xətt tərəfdarıdır”.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev Həmas və İsrail arasında atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair razılaşmaya “həmişəkindən daha yaxındır”.