İsrail və HƏMAS arasında sülh üçün çalışırıqbackend

İsrail və HƏMAS arasında sülh üçün çalışırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail və HƏMAS arasında sülhün olması üçün əlimizdən gələni edirik”.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi belə deyib.

O, yaxın günlərdə müharibənin bitməsini gözləməsələr də, buna çox yaxın olduqlarını bildirib:

“İsrail və HƏMAS arasında girovların azad edilməsi və sülh istiqamətində addımlar atılmalıdır. Müzakirələr davam edir. Biz inanırıq ki, onlar konstruktiv istiqamətdə irəliləyirlər. Görüləsi çox iş var. Yaxın günlərdə razılaşmamnın olacağı gözlənilmir. Lakin həftə sonu və son günlərdə apardığımız müzakirələrə əsasən, onun yaxşı istiqamətdə getdiyini hiss edirik”.