İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin həlli planının əsas müddəaları barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
“ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, “əsas müddəalar razılaşdırılıb” və tərəflər indi “onların necə həyata keçiriləcəyi ilə bağlı detalları müzakirə edirlər””, – nəşr yazır.
Nəşrin mənbələrinə görə, yekun razılaşma çox güman ki, “yaxın gələcəkdə əldə edilməyəcək” və potensial sövdələşmənin təfərrüatları mürəkkəbdir və işlənib hazırlanması üçün vaxt tələb olunur.
Lakin konkret təfərrüatlar verilmir.