İsrail XİN: ABŞ İsrail ordusunun Qəzza zolağındakı əməliyyatına müdaxilə etmirbackend

İsrail XİN: ABŞ İsrail ordusunun Qəzza zolağındakı əməliyyatına müdaxilə etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ İsrail ordusunun Qəzza zolağındakı əməliyyatına müdaxilə etmir. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Ben-Dor məlumat verib.

“Biz ABŞ administrasiyasının bu müharibədə İsrailə açıq yaşıl işıq yandırmağa davam etdiyi üçün tam ritorikasına diqqət yetirməliyik” deyən Ben-Dor ABŞ-ın HƏMAS-la mübarizə üçün bütün lazımi vasitələri təmin etdiyini bildirib.

Diplomat BMT Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəs, eləcə də bütün girovların azad edilməsini tələb edən qətnamənin qəbul edilməsinə də münasibət bildirib.

Onun sözlərinə görə, bəzi ölkələrin Baş Assambleyada İsrailin əleyhinə səs vermələrinə baxmayaraq, pərdə arxasında Qəzzada HƏMAS təşkilatının hərbi və terror sisteminin aradan qaldırılmasının zəruriliyini qəbul edirlər.