İsrail XİN başçısının BƏƏ-yə tarixi səfəri gələn həftə olacaqbackend

İsrail XİN başçısının BƏƏ-yə tarixi səfəri gələn həftə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixdə ilk rəsmi səfəri iyunun 29-30-da baş tutacaq.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gələn həftə nazir Yair Lapid İsrailin xarici işlər naziri kimi BƏƏ-yə ilk rəsmi səfərini edəcək. Lapid xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyanın qonağı olaraq BƏƏ-yə iki günlük səfər edəcək. O, Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğun açılışında iştirak edəcək”, – deyə XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədləri imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər Yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi.