İsrail XİN:Kolumbiya və Çilini HƏMAS-ı açıq şəkildə qınamağa çağırıbbackend

İsrail XİN:Kolumbiya və Çilini HƏMAS-ı açıq şəkildə qınamağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Kolumbiya və Çilini Fələstinin HƏMAS hərəkatının hərbi qanadının hərəkətlərini açıq şəkildə pisləməyə çağırıb. Bu barədə TASS məlumat yayıb.

Boqota və Santyaqo Qəzza zolağında vəziyyətin pisləşməsi ilə əlaqədar İsraildən səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldikdən sonra diplomatlar bəyanat yayıblar.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat sosial media hesabında “X” hər iki ölkənin İsrailin əhalisini qorumaq hüququnu dəstəkləməli olduğunu bildirib.

“İsrail Kolumbiya və Çilidən demokratik ölkənin öz vətəndaşlarını qorumaq hüququnu dəstəkləməsini və oğurlananların hamısının dərhal azad edilməsini tələb etməsini gözləyir”,- deyə Hayat yekunlaşdırıb.