İsrail münaqişənin sülh yolu ilə həlli üçün ABŞ-ın diplomatik səylərini dəstəkləməsinin zəruriliyini əsas gətirərək BMT Baş Assambleyasının Ukrayna ilə bağlı Rusiya əleyhinə qəbul etdiyi qətnamənin əleyhinə səs verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
“İsrail Amerikanın müharibənin dayandırılmasında və münaqişənin sülh yolu ilə həllində irəliləyiş əldə edilməsinə yönəlmiş səylərini dəstəkləməyi vacib hesab edir”, – deyə diplomat vurğulayıb.