İsrail hökuməti Qüds yaxınlığındakı böyük meşə yanğınlarının söndürülməsi üçün bir sıra Avropa ölkələrindən kömək istəyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
“İsrail yanğınların söndürülməsi üçün beynəlxalq yardım üçün təcili sorğu göndərib. Sorğu ən azı beş ölkəyə, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya, Bolqarıstan və İtaliyaya göndərilib “, – bəyanatda deyilir.
Portal onu da bildirir ki, meşə yanğınlarının söndürülməsinə 10 təyyarə və 119 yanğınsöndürmə briqadası cəlb olunur, lakin bu qüvvələr təbii fəlakətin öhdəsindən gəlməyə kifayət etmir. Qeyd olunur ki, İsraildə həddindən artıq istilər zamanı Qüds dağlarında yenidən meşə yanğınları başlayıb.
Bundan əvvəl məlum olub ki, Rusiyada Trans-Baykal ərazisində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. Həmin vaxt Fövqəladə Hallar Nazirliyi bildirmişdi ki, rayonda ümumi sahəsi 190 min hektardan çox olan 45 meşə yanğını qeydə alınıb.