İsrail zərbələr endirdi, iranlı məmur öldübackend

İsrail zərbələr endirdi, iranlı məmur öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü İsrail ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və raket istehsal ilə məşğul olan obyektinə dəyib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və yüksək rütbəli olmayan bir iranlı məmur ölüb.

Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı 5 nəfər ölüb, 15 nəfər yaralanıb.