İsrailə çərşənbə axşamı Qəzza sektorundan təhvil verilən cəsədin 48 yaşlı İsrail vətəndaşı Dror Or olduğu müəyyən edilib.
NOCOMMENT.az xəbər verir ki, o, 7 oktyabr 2023-cü il səhər saatlarında öldürülüb, meyiti isə Qəzzaya aparılıb.
Fələstin “İslam Cihadı” təşkilatının məlumatına görə, cəsəd Nuseyrəta bölgəsində tapılıb.
Qeyd edək ki, əvvəlcə Dror Or girov hesab olunurdu, lakin 208 gün sonra ailəsinə onun öldüyü bildirildi.
Onun üç övladı — Yehieli, Noam və Alma qalıb. Həmçinin, onun həyat yoldaşı Yonat Or da həmin gün öldürülmüşdü. İki övladı, Noam və Alma Qəzzada girov götürülmüşdü və 2023-cü ilin noyabr ayında həyata keçirilən razılaşma nəticəsində azad edilmişdilər.
Razılaşmaya əsasən, HƏMAS son iki girovun cəsədini də təhvil verməlidir.
Dror Orun cəsədinin qaytarılmasından sonra İsrail Qırmızı Xaç Komitəsinə 15 Fələstinlinin cəsədini təhvil verib.













