İsraildə kök hüceyrə müalicəsi edilən koronavirus xəstələrinin hamısı sağaldıbackend

İsraildə kök hüceyrə müalicəsi edilən koronavirus xəstələrinin hamısı sağaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə kök hüceyrə müalicəsi edilən COVID-19 xəstələrinin hamısı sağaldı. Kök hüceyrə araşdırmaları ilə məşhur olan Pluristem-in həyata keçirdiyi bir həftəlik müalicənin sonunda böyrək və nəfəs çatışmaşlığı olan xəstələrin hamısı koronavirus xəstəliyi üzərində qələbə çalıb.

NOCOMMENT.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail mətbuatında gedən xəbərlərdə İsraildə yerləşən Pluristem firmasının 3 ayrı xəstəxanada plasentadan (yeni doğulmuş uşaqların çifti) alınan kök hüceyrələri laboratoriya şəraitində xüsusi prosedurlardan sonra ölüm riski yüksək olan COVID-19 xəstəsinə iyeksiya etdiyini bildirildi.

Həyata keçirilən bu müalicə metodu vasitəsi ilə 4 xəstənin nəfəsalmaları koronavirusa yoluxmadan əvvəlki vəziyyətinə qayıtdığı qeyd edildi.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə ölkədə koronavirus səbəbi ilə dünyasını dəyişənlərin sayı 79, virusa yoluxanların sayı 9 min 755 nəfərdir. 864 nəfərin isə sağaldığı qeyd edilir.