İsraildə koronavirus testləri yenidən başlayırbackend

İsraildə koronavirus testləri yenidən başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Covid-19-un yeni variantı Pirola-nın ilk aşkar edildiyi ölkə olan İsraildə PCR testlərinin yenidən başladığı bildirildi. Yayılma sürəti ilə diqqət çəkən Pirolanın qarşıdakı dövrdə İsraildə məhdudiyyətlərə səbəb ola biləcəyi bildirilir. Sözügedən variant Danimarka, İngiltərə, ABŞ, Cənubi Afrika və Portuqaliyada da görüldü.

NOCOMMENT xəbər verir ki, 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan Covid-19 zamanla insan həyatını təhdid etməyə davam edir. Virus zamanla mutasiyaya uğrayır və yeni variantlarla ortaya çıxır. Mütəxəssislər yeni variantlar səbəbiylə payız və qış aylarında koronaya yoluxmaların sayında partlayış ola biləcəyini açıqlayıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ‘Pirola’ adlanan yeni varianta, xüsusən yayılma sürətinə görə diqqətlə izlənilməli olduğunu tövsiyə etdi.