İsraildə matəm elan olunubbackend

İsraildə matəm elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı baş verən faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində bildirib.

Qeyd edək ki, mərasim zamanı yaranan izdihamda 44 nəfər ölüb, 50 nəfər yaralanıb.