İsraildə mübahisəli məhkəmə islahatları – fikir ayrılığıbackend

İsraildə mübahisəli məhkəmə islahatları – fikir ayrılığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun ölkə daxilində kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə qaydalarını 13 həftə müddətinə dayandıracağı xəbəri koalisiya hökumətində narazılığa səbəb olub.

NOCOMMENT xəbər verir ki, etirazların hədəfi olan Netanyahunun məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran “məhkəmə islahatı”nı dayandıracağı bildirilərkən, koalisiya hökumətinin ifrat sağçı tərəfdaşları bu addıma qarşı olduqlarını açıqlayıblar.

Açıqlamaları ilə həm İsraildə, həm də beynəlxalq aləmdə reaksiyalara səbəb olan ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin partiyası olan dini sionizm mövzu ilə bağlı yazılı açıqlama verib.

Partiyanın bəyanatında deyilir ki, mübahisəli məhkəmə qaydalarının dayandırılması zorakılığa, anarxiyaya və hərbi xidmətdən imtinaya təslim olmaq deməkdir və seçkilərin nəticələrini pozacaq.