İsraildə Netanyahunun istefası TƏLƏB OLUNUR – FOTOLARbackend

İsraildə Netanyahunun istefası TƏLƏB OLUNUR FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə baş nazir Benyamin Netanyahunun istefası üçün nümayiş təşkil olunub.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, həm yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizədə müvəffəqiyyətsiz olduğu, həm də haqqında sui-istifadə iddiaları ilə bağlı baş nazir Netanyahunun istefasını istəyən israillilər paytaxt Tel Aviv və Qərbi Qüdsdə nümayiş ediblər.

Qərbi Qüdsdəki Baş Nazirlik iqamətgahı və Tel Avivdəki Rəbin meydanında olan mitinqlərə yüzlərlə adam qatılıb, Netanyahunun istefasını istəyiblər. Bəzi etirazçılar “Cinayətkar baş nazir” kimi yazılı maskalar taxıblar.

Qərbi Qüdsdəki nümayişdə etirazçılar polis barrikadalarını aşaraq Baş Nazirlik iqamətgahına qədər gəlməyi bacarıblar. Polis təhlükəsizlik tədbirlərini artırarkən nümayişçilər Netanyahuya qarşı etirazlarını fit çalaraq bildiriblər.

Qeyd edək ki, hökumətin epidemiyadan təsirlənən sektorlara kifayət qədər kömək edə bilməməsilə bağlı 11 iyulda Tel Avivdə təşkil edilən nümayişə də minlərlə adam qatılmışdı.

“Qara bayraqlılar”ın başçılığı ilə 14 iyulda yenə minlərlə adamın iştirakıyla Qərbi Qüdsdəki Baş Nazirlik iqamətgahı qarşısında nümayiş təşkil edilmişdi. Nümayişdən sonra bəzi yolları bağlayan etirazçılarla polis arasında qalmaqal yaşanmış, 50 nəfər nəzarətə alınmışdı.