İsraildə Netanyahunun öldürülməsinə çağırış edən şəxs saxlanılıbbackend

İsraildə Netanyahunun öldürülməsinə çağırış edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş naziri Benyamin Netanyahunun öldürülməsinə çağırışda şübhəli bilinən şəxs saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, mərkəzi İsraildən olan şəxs “Telegram”da terrorizmi qızışdıran və Baş nazir Benyamin Netanyahunun öldürülməsinə çağırış edən məzmun dərc etməkdə şübhəli bilinərək Şin Bet və İsrail polisinin kibertəhülkəsizlik bölməsi tərəfindən saxlanılıb.

Bildirilib ki, şübhəli şəxs bazar günü saxlanılıb. İlkin dindirilmədən sonra şübhəli şəxs ev dustaqlığına buraxılıb, sübutlar ona qarşı irəli sürülən ittihamların araşdırılması üçün prokurorluğa verilib.