İsraildə ölüm cəzası qanun layihəsi təsdiqləndibackend

İsraildə ölüm cəzası qanun layihəsi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə terrorçular üçün ölüm cəzası qanun layihəsi təsdiqlənib. Lakin bu qanun fələstinlilərə qarşı terror aktlarını deyil, yalnız İsrail vətəndaşlarına qarşı terror aktlarını əhatə edəcək.

NOCOMMENT xəbər verir ki, İsrailin Qanunvericilik Nazirlər Komitəsi İsraildə “terrorçu cinayətkarlar” üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini təsdiqləyib. Baş nazir Benyamin Netanyahu “Twitter” səhifəsində bu barədə açıqlama verib.

“Terrorçuların qarşısını almaq və İsrailin təhlükəsizliyini qorumaq üçün təhlükəsizlik, əməliyyatlar və qanunvericilik də daxil olmaqla, bütün mövzularda qərarlar verməyə davam edəcəyik” Netanyahu bildirib.