İsraildə sular sakit deyil. Bu gün mübahisəli məhkəmə reqlamentinə etiraz aksiyası gözlənilir. İsrail qəzetinin keçirdiyi sorğuda insanların əksəriyyətinin vətəndaş müharibəsindən qorxduğu üzə çıxıb.
NOCOMMENT xəbər verir ki, İsraildə yüksək məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinin qüvvəyə minməsi ilə gərginlik yenidən artıb.
Təxminən 7 aya yaxındır ki, hakim təyinatlarında söz sahibi olmaq səlahiyyəti kimi dəyişiklikləri ehtiva edən məhkəmə islahatlarına qarşı nümayişlər keçirilir.
Bu gün Təl-Əvivdə kütləvi etiraz aksiyası gözlənilir.