İsraildən Beyruta növbəti hücum: 6 ölübackend

İsraildən Beyruta növbəti hücum: 6 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail ordusu gecə saatlarında Livanın paytaxtı Beyrutu hədəfə alıb.
NOCOMMENT.az xəbər verir ki, İsrail ordusu Beyrutun mərkəzindəki parlament binasının yaxınlığındakı El Bachoura rayonunda binaya zərbələr endirib.
Livan Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Təcili Əməliyyat Mərkəzindən verilən açıqlamada 6 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilib.

İsrail ordusu Beyrutun cənubunda Hizbullahın qalası kimi tanınan Dahiyədəki Haret Hreikiyə də 3 raketlə hücum edib.
Hücumdan sonra ərazidən qatı tüstü qalxıb. Can itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.