İsraildən etiraf kimi xəbərbackend

İsraildən etiraf kimi xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. On minlərlə insanın həyatına son qoyan müharibə bütün sürəti ilə davam edərkən, İsraildən gələn xəbər dünyanın gözünü Yaxın Şərqə çevirməsinə səbəb oldu.

NOCOMMENT.az xəbər verir ki, İranın İsfahan şəhərində silah-sursat istehsalı müəssisəsinə silahlı pilotsuz uçuş aparatları ilə hücum edilib.

Hadisə bir tərəfdən Qərbin etirazlarına baxmayaraq Tehran administrasiyasının nüvə proqramını inkişaf etdirdiyi, digər tərəfdən isə Ukraynada istifadə üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verdiyi bir zamanda baş verdi.

Açıqlamada partlayış nəticəsində “cüzi” ziyanın olduğu, ölən və yaralananların olmadığı bildirilib.

Hücumda hansı təşkilat və ya ölkənin əli olduğu müzakirə edilərkən İsrail mətbuatından etiraf kimi bir xəbər gəldi.

Ölkənin aparıcı qəzetlərindən olan “Times of Israel” “Mossad İsrailin şəxsi maraqları üçün İranın müdafiə obyektini vurdu” başlığı ilə oxucularının qarşısına çıxıb.

“New York Times” qəzetinin ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmilərinə istinadən verdiyi məlumata görə isə hücumu İsrailin gizli xidməti Mossad təşkil edib.

Sözügedən xəbərlərdə aşağıdakı ifadələr yer aldı; Hesabatda İsfahanın Tehranın raket sənayesi mərkəzi olması və İsraili vura bilən orta mənzilli “Şahab” ​​raketinin toplandığı yer olduğu qeyd edilib.