İsraildən Livana MÜHARİBƏ təhdidibackend

İsraildən Livana MÜHARİBƏ təhdidi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə naziri Qantz, “Livanda bizə qarşı başqa müharibə edilsə, bu müharibəyə maneəsiz girəcəyik. Ancaq belə bir müharibə Livan üçün təhlükəli nəticələrə səbəb olacaq” fikirlərini söyləyib.

NOCOMMENT.az xəbər verir ki, İsrailin Müdafiə naziri Benni Qantz İsrailin Livanda yeni bir müharibəyə hazır olduğunu bildirib.

İsrail Parlamentinin Mətbuat Ofisinin verdiyi məlumata görə, Qantz, Parlamentin Xarici və Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Hizbullahın baş katibi Sayyid Hassan Nasrallah’a işarə edərək “Ən böyük düşməniniz olan Nəsrullah, Livanın da ən böyük problemidir” fikirlərini səsləndirib.

Orta Şərqdəki vəziyyətin uzun müddətdir kövrək və qeyri-sabit olduğunu vurğulayan Qantz, İranın onlar üçün böyük bir təhlükə yaratdığını və bu ölkəni sıxışdırmaq üçün mübarizələrini davam etdirəcəklərini də bildirib.

Çıxışında Qəzza zolağına toxunan Qantz, Qəzzada maraqlarının olmadığını və yeganə istəklərinin Həmasın əlində olan İsrailin girovlarının sərbəst buraxılması və bölgədəki sülh olduğunu söylədi.