İsraildən şok iddia: Rusiyadan təəccübləndirən Suriya həmləsibackend

İsraildən şok iddia: Rusiyadan təəccübləndirən Suriya həmləsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya rəhbərliyinin Suriya mövzusunda İsrail və ABŞ ilə yüksək səviyyəli üçtərəfli görüş keçirmək istədiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, “Walla News”-da çıxan xəbərə görə, Rusiya İsraildən ABŞ-ı Suriya ilə bağlı yüksək səviyyəli üçtərəfli danışıqları qəbul etməsi üçün təşviq etməsini istəyib.

Adları açıqlanmayan iki yüksək vəzifəli İsrail rəsmisinə istinadən xəbər verilir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov İsrailli həmkarı Yair Lapidlə sentyabrın 9 -da Moskvada baş tutan görüşdə bu məsələni gündəmə gətirib.

Məlumata görə İsrail rəsmiləri Suriya mövzusunda ABŞ, Rusiya və İsrail arasında üçtərəfli zirvə görüşünü dəstəklədiklərini də bildiriliblər.

Xəbərdə həmçinin İsrailin əsas məqsədinin İranı Suriyadan çıxarmaq olduğu və bunun yalnız Rusiya-ABŞ əməkdaşlığı ilə mümkün ola biləcəyi də qeyd olunub.

Tərcümə: Jalə Bədirova