İsraildən son 3 ayda fələstinlilər üçün 800 inzibati həbs qərarıbackend

İsraildən son 3 ayda fələstinlilər üçün 800 inzibati həbs qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Məhbuslar Dərnəyi 2023-cü ilin əvvəlindən İsrailin işğal olunmuş ərazilərdə fələstinlilərə qarşı inzibati həbs qərarlarının 800-ə çatdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi yazılı açıqlama verib.

“İsrail işğalı fələstinlilərə qarşı gizli dosyenin olması bəhanəsi ilə inzibati həbsin əhatəsini genişləndirir” deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, İsrail həbsxanalarındakı fələstinli inzibati məhbusların sayının ötən ayın sonu etibarilə 1016-ya çatdığı, onlardan 6-nın uşaq, birinin qadın olduğu bildirilib.

Açıqlamada, İsrailin son 9 ildə təxminən 13 min inzibati həbs qərarı çıxardığı, inzibati məhbusların yüzdə 80-nin isə illərdir həbsxanada olduğu bildirilib.

NOCOMMENT.AZ