İsraildən ukraynalı qaçqınlara ŞAD XƏBƏRbackend

İsraildən ukraynalı qaçqınlara ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə qaçqın kimi gələn ukraynalıların işləmək hüququ təmin ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyindən məlumat verilib.

“Bu məsələ uzun müddətdir ki, çox aktualdır, İsraildəki ukraynalılara müəyyən yardım göstərilsə də, onlar normal yaşayayışdan məhrumdurlar. Həm də onlar istəsələr də geriyə qayıda bilmirlər, çünki bunun üçün bilet pulu yoxdur”, – səfirlikdən bildirilib.

Qeyd edilib ki, ölkənin daxili işlər naziri Ayelet Şaked İsrailin işləmək üçün müəyyən icazələr verəcəyini təsdiqləyib:

“Hazırda icazələrin verilməsi proseduru müzakirə olunur. Qaçqınların İsraildə qalma hüququ iyunun 30-dək uzadılıb və bunun daha da uzadılacağına şübhə yoxdur. Ukraynalılar vətənlərində müharibə olduğu müddətdə qanuni şəkildə İsraildə qalıb işləyə biləcəklər”.
Modern.az