İsrailə məxsus pilotsuz təyyarə Suriya ərazisinə düşdübackend

İsrailə məxsus pilotsuz təyyarə Suriya ərazisinə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu özlərinə məxsus pilotsuz uçuş aparatının (PUA) Suriya ərazisinə düşdüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, ordunun “Twitter” hesabından verilən məlumatında, adi əməliyyat zamanı orduya məxsus pilotsuz təyyarənin Suriya ərazisinə düşdüyü qeyd edilib.

Açıqlamada məlumatın sızması qorxusunun olmadığı, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Paylaşılan açıqlamada mövzu ilə bağlı ətraflı məlumat verilməyib.

NOCOMMENT.AZ